Moskvada peyvəndləmə prosesi başlayıb

5 Dekabr 2020 09:46 (UTC+04:00)

Moskvada şəhər polikliniklarının tərkibində koronavirusdan peyvəndləmə mərkəzləri fəaliyyətə başlayıb. SİA-nın məlumatın görə, hələlik 70 mərkəz açılıb.

İlin sonunadək peyvəndləmə mərkəzlərinin 170-ə çatdırılması planlaşdırılır.

Peyvənd əldə etmək üçün iki həftə əvvəldən müraciət etmək mümkündür. Qeyd olunur ki, ilkin mərhələdə risk qrupuna daxil olan şəxslər, tədris və səhiyyə işçiləri peyvəndlənəcək.