Pompeo: İran “əlacsız şəkildə” ABŞ-la danışıqlara qayıtmağa çalışır

5 Dekabr 2020 06:40 (UTC+04:00)

İranın sanksiyalardan azad olmaq məqsədilə “əlacsız şəkildə” ABŞ-la danışıqlara qayıtmağa çalışır.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “IISS Manama” dialoqunda çıxışı zamanı ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Pompeo bildirib ki, İran danışıqlara qayıtmaq üçün “əlacsız şəkildə siqnallar” verir. O, bununla bağlı ətraflı hər hansı bir məlumat verməyib.