Sarukyan bəhanə ilə mitinqdən kənarlaşdırılır

4 Dekabr 2020 16:58 (UTC+04:00)

Sabah, qeyri-iş günü, mitinqdən 30 dəqiqə əvvəl Qaqik Sarukyan əlavə dindirilməyə çağrılıb. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə vəkil Emin Xaçatryan öz Facebook səhifəsində yazıb.

“Sizə məlumat verirəm ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi, qurulmuş pis ənənəyə sadiq qalaraq, 5 dekabr 2020-ci il tarixdə saat 14: 30-da, əlavə sorğu üçün Ermənistan Respublikası Milli Məclisinin deputatı Qaqik Sarukyana başqa bir bildiriş göndərib. Fikrimcə, Qaqik Sarukyanın qeyri-iş günündə, saat 15: 00-da Azadlıq Meydanında keçiriləcək mitinqdən 30 dəqiqə əvvəl Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə dəvət olunması yalnız bir məqsəd daşıyır, o da sonuncunu Azadlıq meydanındakı mitinqdə iştirak etmək və erməni xalqına müraciət etmək fürsətindən məhrum etməkdir.
Yeri gəlmişkən, Ermənistan hakimiyyəti gerçəklikdən o qədər uzaqdır ki, ölkənin üzləşdiyi ölümcül problemləri həll etmək əvəzinə, Milli Məclisin üzvü və ən böyük müxalifət lideri deputat Qaqik Sarukyanı mitinqdən məhrum etmək üçün gecə-gündüz əsassız yalançı bir proqramla məşğuldur”, deyə vəkil Emin Xaçatryan öz sosial şəbəkə hesabında bildirib.