Şadlıq saraylarında toylar barədə DİN araşdırma aparır

4 Dekabr 2020 12:32 (UTC+04:00)

Son günlər Azərbaycanın məşhur şadlıq saraylarında bir neçə toy məclisi keçirilib. SİA xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.
SİA məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxlayıb. Qurum rəsmisi SİA-ya açıqlamasında bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır.
“Məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”, deyə Elşad Hacıyev bildirib.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılanlara görə, Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.