Kömür mədənlərində baş verən partlayışda 15 nəfər həyatını itirib

18 May 2011 15:43 (UTC+04:00)

Çinin cənubundakı Hunan və Yunnan əyalətlərində yerləşən iki kömür mədənində baş verən qaz partlaması nəticəsində 15 nəfər həyatını itirib. SİA-nın xəbərinə görə, Lengşuijiang şəhərindəki mədəndə yaranan qaz partlaması nəticəsində 8 nəfərin həlak olduğu bildirilib. Mədəndə 14 adamın olduğu təqdirdə qəzadan 6 nəfərin xilas olduğu vurğulanıb. 70 nəfərlik qrupunun qatıldığı xilasetmə işlərində itkin düşən 8 nəfərin öldüyü ifadə edilib.

Yunnan əyalətinin Zhaotong şəhərindəki Veixin qəsəbəsində yerləşən mədən ocağında baş verən qaz partlaması nəticəsində 7 nəfərin öldüyü bildirilib. Partlama ilə əlaqədar istintaqın başladıldığı qeyd edilib.

Hazırda partlayışların səbəbləri araşdırılır.