İraqda İŞİD terrorçuları yaxalanıb

4 Dekabr 2020 11:45 (UTC+04:00)

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində terrorçuluğa qarşı əməliyyatların gedişatında İŞİD-in beş terrorçusunu yaxalayıblar. SİA-nın xəbərinə görə, bu barədə Kərkükün Polis Departamentinin rəisi Əli Kamal "Anadolu" agentliyinə bildirib.

Polis rəisinini sözlərinə görə, əməliyyatlar eyni zamanda iki ünvanda həyata keçirilib. O, qeyd edib ki, İŞİD-in dörd terrorçusu Kərkükün mərkəzində, daha bir silahlı isə Dakuk ərazisində tutulub. Polis daxil olmuş informasiyanı təhlil edib və reydlər aparıb. Əli Kamalın sözlərinə görə, terrorçular ilkin dindirmələrdən sonra məhkəməyə aparılıb.