Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

4 Dekabr 2020 09:43 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfirliyi şəhid olanlara görə başsağlığı verib. SİA-nın məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, - deyə paylaşımda qeyd olunub.