Ərəb koalisiya qüvvələri husilərə məxsus minalanmış pilotsuz uçuş aparatını məhv ediblər

4 Dekabr 2020 08:45 (UTC+04:00)

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya qüvvələri Ənsar Allah (Husilər) üsyançı hərəkatının tərəfdarları tərəfindən minalanmış pilotsuz uçuş aparatını məhv ediblər.

SİA-nın məlumatına görə, Bu barədə Səudiyyə Mətbuat Agentliyi koalisiyanın rəsmi nümayəndəsi polkovnik Türki əl-Malikiyə istinadən xəbər verib.

Məlumata əsasən, minalanmış uçuş aparatın hədəfləri krallığın cənubunda yerləşən mülki obyektlər və mülki şəxslər olub.