Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb

4 Dekabr 2020 06:20 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb.

SİA-nın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 65 016 336 nəfərə çatıb. Onlardan 1 502 728 nəfəri həyatını itirib.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (14 086 016), Hindistanda (9 534 964) və Braziliyada (6 436 650) qeydə alınıb.