Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib

3 Dekabr 2020 22:43 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Tvitter” səhifəsində Vətən müharibəsindəki şəhidlərlə bağlı paylaşım edib. SİA xəbər verir ki, Hikmət Hacıyev şəhidlərimizlə bağlı başsağlığı verib.

“Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz!”, - Hikmət Hacıyev “Tvitter”dəki səhifəsində yazıb.