Xankəndidə hər kəsin silahı var, sülhməramlılar isə... - Rus jurnalist

3 Dekabr 2020 16:34 (UTC+04:00)

Rusiyanın RBK xəbər agentliyinin müxbiri Xankəndinə səfəri haqda danışıb və şoka düşdüyünü bildirib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, RBK-nın jurnalisti Sergey Atasuntsev "Moskvanın səsi" radiosunun efirində Xankəndidə ermənilər arasında özbaşınalığın davam etdiyindən danışıb.

O bildirib ki, hazırda sülhməramlı kontingentin yerləşdiyi Xankəndidə ermənilər qeyri-qanuni silahlar əldə edərək şəhərdə sərbəst dolaşırlar: "Orada demək olar ki, hər kəsin müxtəlif cür silahı var. Kimdəsə qumbara, kimdəsə avtomat var. Xankəndidə yaşanan özbaşınalıqlar təhlükəli həddə çatıb".

Həmin görüntüləri təqdim edirik: