UEFA bu gün yeni liqanın final məkanını açıqlayacaq

3 Dekabr 2020 16:28 (UTC+04:00)

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

SİA Avropa futbol qurumunun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, gündəliyə üç yarışın final matçının hansı stadionda keçiriləcəyi daxil edilib.

Tədbirdə 2021-ci ildə Millətlər Liqasının finalı, 2022-ci ildə ilk dəfə təşkil olunacaq Avropa Konfrans Liqasının finalı və 21 yaşadək futbolçulardan ibarət komandaların 2023-cü ildə keçiriləcək Avropa çempionatının məkanları açıqlanacaq.