Zümrüd Bədəlova: "Bu il yuxu kimi ötüb keçir"

3 Dekabr 2020 16:20 (UTC+04:00)

Aparıcı Zümrüd Bədəlova koronavirus xəstəliyindən bəhs edib. SİA-nın məlumatına görə, aparıcı bu ilin yuxu kimi keçdiyini də diqqətə çatdırıb: "Zəfər sevincimiz, virus qorxumuz və tükənməyən arzularımız....Bu il yuxu kimi ötüb keçir...Allah Azərbaycanı və xalqımızı qorusun. İnşallah bu gözə görünməz düşməni də məhv edəcəyik və bu virusu da cəhənnəmə yollayacağıq".