Türkiyə şəhid verib

3 Dekabr 2020 14:57 (UTC+04:00)

Türkiyə şəhid verib. SİA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyada həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatları bölgəsinə PKK-YPG ünsürlərinin silahlı hücumu baş tutub. Nəticədə, Türkiyə Silahlı Qüvvələrinin bölgədə xidmət edən 1 əsgəri şəhid olub.

Terrorçulara cavab reaksiyası zamanı 6 ünsür zərərsizləşdirilib.

Bölgəyə çox sayda pilotsuz uçuş aparatları istiqamətləndirilib.