Futbol tarixində ilk: Eyniadlı komanda yoldaşları bir matçda het-trik etdi

3 Dekabr 2020 14:44 (UTC+04:00)

Futbol üzrə Şotlandiya çempionatının səviyyəcə altıncı divizionunda maraqlı hadisə baş verib.

SİA-nın məlumatına görə, "Tornton Hibs"in eyniadlı futbolçuları Harri Tomson və Harri Tomson "Kreyqroyston"la matçda het-trik edib.

Oyunçular bir-biriləri ilə qohumdur. 30 yaşlı Harri Tomson 24 yaşlı komanda yoldaşının əmisi oğludur. Onlara komanda daxilində "Əkiz Tomsonlar" deyilir.

Qeyd edək ki, qarşılaşma 6:2 hesabı ilə yekunlaşıb.