Anna Akopyanın bu hərəkəti erməniləri hiddətləndirib

3 Dekabr 2020 14:16 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bütün ölkənin hiddətinə səbəb olan hərəkət edib.

SİA xəbər verir ki, Qarabağ döyüşlərində öldürülən erməni əsgərin ailəsini ziyarət edən A.Akopyan həmin anlarda gülərək telefonla məşğul olub.

O anların görüntüləri Ermənistan ictimaiyyətini dəliyə döndərib.

Sözügedən görüntülərin Ermənistanda 10 noyabrdan bəri davam edən etiraz aksiyalarını alovlandıracağı gözlənilir.