81 aktiv koronavirus xəstəsi saxlanıldı, 2 nəfər öldü - Rəsmi

3 Dekabr 2020 14:12 (UTC+04:00)

Noyabrın 30-dan bu günə kimi 81 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, xəstələrdən 75-nin evə qaytarılması, 4-nün xəstəxanaya yerləşdirilməsi və 57-i barədə Cinayət Məcəlləsinin 139.1.1-ci maddəsi cinayət işi başlaması haqqında qərar verilib. 2 nəfər isə dünyasını dəyişib.