Ermənistanın hakim partiyasını 20 deputat tərk edir "Fakt" qəzeti yazır

3 Dekabr 2020 14:10 (UTC+04:00)

Ermənistanın hakim, “Mənim addımım” partiyasında 20-yə yaxın deputat partiya sıralarını tərk etməyə hazırdır. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Fakt" qəzeti yazır.
Qəzetin yazdığına görə, dünən gecə yarısına qədər Nikol Paşinyan Milli Məclisin iclas salonunda Milli Məclisin "Mənim Addımım" fraksiyası ilə qapalı bir toplantı keçirib, hətta təhlükəsizlik işçilərinə belə ərazini tərk etmək əmri verilib. Paşinyan komandaya güvəndiyini, bu fırtınalı mərhələyə tab gətirəcəklərini qeyd etsə də, buna özü belə şübhə etdiyi bilidilir.
Qəzetin mənbəsi erməni baş nazirinin kifayət qədər narazı olan üzə sahib sifətdə olduğunu xatırladaraq qeyd edib ki, Paşinyan rəhbərlik etdiyi partiyanı tərk edənlərə bu barədə ona açıq mətnlə bildirməli olduqlarını da xatırladıb. Yeri gəlmişkən, erkən seçkilərin keçirilməsi məsələsi də dönüş olaraq müzakirə edilib.
Nəşr qeyd edib ki, Paşinyan, komandanın vahid namizədlə bağlı bir fikir birliyinə sahib olacağı təqdirdə, kimsəni namizəd olaraq irəli sürmək istəmədiyini də söyləyib.
"Əldə edilən məlumatlara görə, hazırda iqtidar fraksiyasında, baş nazirliyə yeni bir namizəd göstəriləcəyi təqdirdə, fraksiyadan ayrılmağa və müxalifət namizədini dəstəkləməyə hazır olan 20-yə yaxın deputat var", deyə "Fakt" qəzeti yazır.