Oğuzda yanğın baş verib

3 Dekabr 2020 14:03 (UTC+04:00)

Oğuz rayonunun Padar kəndində ümumi sahəsi 45 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.