Azərbaycanlı aktyor 10 gün ərzində hər iki valideynini itirdi

3 Dekabr 2020 13:32 (UTC+04:00)

Aktyor Kamran Yunisə ağır itkilər üz verib. SİA-nın məlumatına görə, sənətçi 10 gün ərzində hər iki valideynini itirib.

Bu barədə o, sosial şəbəkədə məlumat verib. Bildirib ki, anası Ulduz Rza Xəlilbəyli 25 noyabrda, atası Aydın M. Yunis isə 2 dekabrda dünyasının dəyişib.

Qeyd edək ki, Ulduz Xəlilbəyli Xalq şairi Xəlil Rza Ulutürkün bacısı idi.