Oğurluq üstündə tutuldu

3 Dekabr 2020 13:21 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini E.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki idman kompleklərinin birindən 875 manat dəyərində 4 ədəd qapı, 3 qapı kilidi və hamam aksesuarları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Məmmədov saxlanılıb.