Keçmiş məhkum oğurluq üstündə tutuldu

3 Dekabr 2020 13:17 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Yevlax şəhər sakini M.Nadirov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazindəki 2 həyətdən müxtəlif əşyalar və ev quşları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nadirov saxlanılıb.