"Dağlıq Qarabağ" - müstəqilmi, Ermənistanın əyalətimi? - VİDEO - FOTOLAR

3 Dekabr 2020 12:02 (UTC+04:00)

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanan gündən, yəni 1988-ci ildən bəri bütün dünyaya, xüsusən də Ermənistanın arxasında duranlara, daha açıq desək xristian dünyasına sübut etməyə çalışırdıq ki, "Dağlıq Qarabağın özünütəyinetmə hüququ", "müstəqil dövlət yaratmaq" kimi cəfəng fikirlərinin heç bir əsası yoxdur. Bunlar yalnız erməni tərəfinin geyindiyi saxta dondur. Əsas məqsəd və iddia Dağlıq Qarabağın Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. 28 il ərzində Dağlıq Qarabağda xuntanın yaratdığı "dövlət"in nə pul vahidi, nə digər atributları, nə də dövlət qurumları olub. Aşağıdakı videoya diqqətlə baxın. Rusiya sülhməramlıları Xankəndində dərslərin yenidən fəaliyyətə başlaması münasibətilə məktəbə gəliblər. Məktəbin girişindəki lövhədə "Ermənistan Respublikasının Təhsil, Elm və idman Nazirliyi" sözləri yazılıb. (Sülhməramlıları bu, maraqlandırmır).

Məktəbin dəhlizlərində və sinif otaqlarında qondarma qurumun bayraqları asılıb. Yenə sülhməramlılardan kimsəni bu, maraqlandırmır. Sinif otaqlarında divardan bir çərçivəli şəkil asılıb - "Dənizdən dənizə" yox, Aralıq və Qara dənizlərdən Hind okeanına qədər "Böyük Ermənistan" xəritəsi. Budur erməni təbliğatı, körpələrinə, məktəblilərə aşıladıqları xəyallar...

Videonu təqdim edirik: