“Hraparak”: “Polis niyə aqressivdir?” İLGİNC

3 Dekabr 2020 11:35 (UTC+04:00)

“Bir çoxlarını sual düşündürür ki, 2018-ci ildə etirazçılara qarşı loyal davranan polis indi nəyə görə aqressivləşib, çünki Qarabağla bağlı imzalanmış kapitulyasiya sənədindən sonra həmin məsələ polisin xalqa eyni mövqeni bölüşməsini gözləmək olardı”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazır. Qəzet daha sonra polisin hansı səbəbdən etirazçılara qarşı bu qədər aqressiv davranmasının səbəbini də tapıb.

“Sən demə, bunun maddi izahı var: ilin sonuna onlara əlavə mükafat söz veriblər”, deyə nəşr qeyd edib.

Rövşən RƏSULOV