UEFA "Qarabağ"a 40 min avrodan çox pul ödədi

3 Dekabr 2020 11:01 (UTC+04:00)

UEFA "Qarabağ" klubunun hesabına növbəti dəfə pul ödəyib.

SİA xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

Ölkə çempionu Azərbaycan Premyer Liqasının UEFA reytinqinə əsasən tutduğu mövqe nəzərə alınmaqla, cari mövsüm avrokuboklarda mübarizəni davam etdirən klub olaraq 20000 (iyirmi min) avro, UEFA Avropa Liqasının 2019/2020-ci il mövsümündən balans olaraq – 26390 (iyirmi altı min üç yüz doxsan) avro əldə edib.