ABŞ-da rekord qeydə alındı

3 Dekabr 2020 10:47 (UTC+04:00)

ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəliyin təsirindən ölənlərin sayı son sutkada ən yüksək göstəriciləri keçib. SİA-nın xəbərinə görə, bu barədə “The New York Times” yazıb. Nəşrin məlumatına görə, son gündə ABŞ-da COVID-19-un yaratdığı fəsadlardan 2 760 nəfər ölüb. Bununla da bu il aprelin 15-də qeydə alınan antirekord (2 752 nəfər) yenilənib.

Beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da 13,9 milyondan çox yoluxma qeydə alınıb, 273 316 nəfər virusdan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.