İsmayıllıda yanğın

3 Dekabr 2020 10:43 (UTC+04:00)

İsmayıllı rayonunun Aşağı Cülyan kəndində ümumi sahəsi 45 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 1,5 m³ odun yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.