Türkiyəli futbolçu həftənin oyunçusu adına namizəd oldu Çempionlar Liqası

3 Dekabr 2020 10:34 (UTC+04:00)

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb. SİA-nın məlumatına görə, bu ada İngiltərə "Çelsi"sindən Olivye Jiru, Türkiyə "Başakşehir"indən İrfan Can Kahveci, İtaliya "İnter"indən Romelu Lukaku və Avstriya "Zaltsburq"undan Merqim Berişa iddia edir.

Jiru İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda poker edib. Kahveci evdə Almaniya "Leyptsiq"inə 3:4 hesabı ilə uduzduqları görüşdə het-trik müəllifi olub.

Lukaku Almaniyada Mönxenqladbax "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib. Berişa isə Rusiyada Moskva "Lokomotiv"i ilə matçda eyni sayda qol vurub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.