"Makkabi"nin baş məşqçisi: "Qarabağ"ın necə oynadığını yaxşı bilirik"

3 Dekabr 2020 10:16 (UTC+04:00)

"Qarabağ"la oyuna hazırıq. Bizi ağır qarşılaşma gözləyir". SİA-nın məlumatına görə, bunları İsrailin "Makkabi" (Tel-Əviv) komandasının baş məşqçisi Yorqos Donis UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Yunanıstanlı mütəxəssis Ağdam təmsilçisinin keyfiyyəti komanda olduğunu bildirib: "Rəqibin yeganə problemi ev oyunlarını səfərdə keçirməsidir. Buna baxmayaraq, yaxşı təşkilatlanmış və keyfiyyətli komandadır. "Qarabağ" yaxşı baxımlı oyun göstərir. Çətin oyun olacağını gözləyirəm. Rəqibi analiz etmişik. Necə oynadıqlarını yaxşı bilirik".

51 yaşlı baş məşqçi bugünkü nəticədən razı qalacaqlarına inandığını söyləyib: "Nəyə qadir olduğumuzu bilirik. Yalnız oyun barədə düşünürük. Meydana çıxıb mübarizə aparmalıyıq. Ümid edirəm ki, nəticə bizim üçün qənaətbəxş olacaq".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.