Rusiyada müəllim və həkimlərin koronavirusa qarşı peyvəndlənməsinə başlanılacaq

3 Dekabr 2020 00:24 (UTC+04:00)

Rusiyada müəllim və həkimlərə gələn həftədən koronavirusa qarşı peyvənd vurulmasına başlanacaq.

AZƏRTAC xəbər verir ki, Rusiyada Prezident Vladimir Putinin tapşırığı ilə müəllim və həkimlərin COVID-19-a qarşı geniş peyvənd edilməsinə başlanacaq. Ölkədə koronavirusa qarşı artıq təxminən 2 milyon doza peyvənd istehsal olunub.

Rusiya Prezidenti deyib ki, bu, əsas risk qrupuna daxil olan peşə sahiblərinin – müəllim və həkimlərin peyvənd edilməsinə imkan verir. Əldə olan preparatların əhalinin kütləvi peyvənd edilməsinə imkan vermədiyini qeyd edən V.Putin, risk qrupuna daxil olan şəxslərə geniş şəkildə peyvənd vurulmasının mümkünlüyünü vurğulayıb.