Gürcüstanda parlament seçkilərinin nəticələri sabah açıqlanacaq

2 Dekabr 2020 23:53 (UTC+04:00)

Gürcüstanda parlament seçkilərinin nəticələri sabah - dekabrın 3-ü açıqlanacaq.

SİA-nın məlumatına görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildiriblər.

Məlumata əsasən, MSK-nın nəticələrin açıqlanacağı iclası saat 17:00-a təyin edilib.

Qeyd edək ki, Gürcüstanda oktybarın 31-i parlament seçkiləri keçirilib.