"Putin ermənilərin yalvardığını görməkdən məmnundur" - Moskva göz yaşlarına inanmır - VİDEO

2 Dekabr 2020 17:07 (UTC+04:00)

“Bu gün erməni əsgər anaları ağlaya-ağlaya Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər. Həmin müraciət həm rus, həm də erməni dilində dərc olunub. Hər iki dildə dərc olunan müraciətdə birmənalı olaraq qeyd olunur: “Cənab Putin sənə yalvarırıq ki, bizim övladlarımızın ölüsünü və yaxud da dirisini qaytarasınız. Hər an, hər dəqiqə bizim övladlarımız üçün qiymətlidir”. Bunu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, bir-iki il bundan öncə “Soros”un təbliğatı ilə rusları söyən erməni ictimaiyyəti və cəmiyyəti bu gün artıq yalvarırlar: “Bu məsələlərin bizə heç bir aidiyyatı yoxdur əksinə rusların özünə lazımdır. Əgər Rusiya Ermənistanda möhkəmlənərsə, biz stabil əlaqələrin qurulmasında bundan daha yaxşı istifadə edə bilərik. Yeri gəlmişkən cənab Prezident İlham Əliyev Naxçıvan şəhərinə açılacaq dəmiryolu xətti ilə bağlı qeyd etdi ki, biz həmin layihəni ruslarla həyata keçiririk. Niyə? Ona görə ki, Ermənistan həmin dəmiryolu səhmlərinin böyük hissəsini ruslara satıb. Yəni Ermənistanda strateji obyektlərin, strateji dövlət əhəmiyyətli səhmlərin bir çoxu ruslara məxsusdur. Rusiyanın Ermənistanı hansı formada özündən asılı vəziyyətə salması isə onların öz problemidir".