Azərbaycanlı aparıcını belə görməmişdiniz FOTO

2 Dekabr 2020 16:36 (UTC+04:00)

Aparıcı Aytən Səfərova görünüşündə dəyişiklik edib. SİA-nın məlumatına görə, aparıcı üzünü fərqli tərzdə makiyaj etdirib və saç qoydurub.

Səfərovanın yeni imici üzərində stilist Pərviz Mirzəyev çalışıb. Stilist Aytənin yeni görünüşdə olan şəklini sosial media hesabında yayımlayıb.

İzləyicilər Səfərovanın yeni imicini olduqca bəyəniblər və təriflər yağdırıblar.