Yolu keçən piyadanı maşın vuraraq öldürdü

2 Dekabr 2020 13:42 (UTC+04:00)

Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 1-də saat 19 radələrində Şirvan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Hacıqabul rayon sakini Pənah Qaçayev vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.