Bu makiyaja bənzəməz, Kardaşyan! - RƏZALƏT

2 Dekabr 2020 12:36 (UTC+04:00)

Kim Kardaşyan ölmüş atası ilə erməni təbliğatı apardı!

Dağlıq Qarabağda Azərbaycan Ordusunun əldə etdiyi zəfər təkcə Ermənistanda ölüm sükutu yaşatmayıb, həm də dünyanın hər yerinə səpələnmiş erməniləri də yasa batırıb. Bu dəfə də erməni kökənli, məşhur maqazin ulduzu Kim Kardaşyan dövrəyə girib, Ermənistanı müdafiə etməyə çalışıb.

Məsələ burasındadır ki, ağlından çox bədəninin başqa yerləri ilə özünü dünyada məşhur edən bu qadın tam olaraq erməni də deyil. Amma ABŞ-da, xüsusilə Kaliforniya ştatında güclü olan erməni lobbisi Kimin "məharət"indən geniş faydalanmaqdadır.

Kardaşyanın erməni geni demək olar ki, 15-20 faizdir. Bu da Kimin milliyətinin təyin edilməsində yetərli deyil. Pornoulduz, rus da, holland da, isveçli də, ingilis də ola bilər. Kim Kardaşyanın atası Robert Türkiyə əsilli, anası rus, atası ermənidir. Beləliklə, Robertin 3-cü nəsil geni ermənidir. Kimin anası Kris Jenner Böyük Britaniya doğumlu holland və isveçli valideynlərinin izdivacından törəyib. Kardaşyanın 10 qardaş və bacısı var və genetik quruluşları bir-birinə heç də bənzəmirlər. Çünki, 10 uşaqdan yalnız iki bacı və 1 qardaşı Kimin ata bir, ana bir qardaşıdır. Anası daha çox sevgililəri ilə tanınır. Onun 1989-cu ildə Robertdən boşanıb olimpia çempionu Bruce Jennerə ərə getməsi ailəni sayını bir az da artırıb. Anasının "fərasətindən" belə görünür ki, Kimin də Robertdən törəməsi çox şübhəlidir.

Erməni lobbisi Qarabağda baş verən müharibədə erməniləri günahsız kimi təqdim etmək, Azərbaycanı günahkar çıxarmaq üçün ən incə detalları diqqətdən kənarda qoymurlar. Belə ki, tanınmış şəxslərin auditoriyasından öz murdar təbliğatları üçün istifadə edirlər, bu dəfə Kim Kardaşyanın ad günündən. Kimin atası Robert 2004-cü ildə dünyasını dəyişib. Erməni lobbisi Kimin əri Kanye Uest ilə anlaşıb belə bir plan qurdular. Robert hologramlı video ilə qızının ad gününü təbrik edir və guya ona "Köklərinizlə əlaqə qurmağınız və Ermənistanı dəstəkləməyiniz mənim üçün çox dəyərlidir. Siz qürurlu bir ermənisiniz. Mən də qürurlu bir erməni atasıyam" deyir.

İndi bildinizmi, erməni lobbisi ölü ermənidən diri məşhurlara hansı mesajları və necə ötürür?

Videonu təqdim edirik: