Şumaxerin oğlu "Formula 1"də yarışacaq

2 Dekabr 2020 13:24 (UTC+04:00)

"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin yeni komandası açıqlanıb. SİA yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı pilot "Hass"a keçib. O, 2021-ci ildən "Formula 1"də yarışacaq.

Mik Şumaxer son olaraq “Prema Racing”in heyətində "Formula 2"də mübarizə aparıb