XTD komandiri İkinci Qarabağ müharibəsində şəhid olub FOTO

2 Dekabr 2020 13:06 (UTC+04:00)

Daxili Qoşunların zabiti Qarabağ döyüşlərində şəhid olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər.

Qeyd olunub ki, o, Xüsusi Təyinatlı Dəstənin (XTD) komandiri olub: "DİN Daxili Qoşunlarının zabiti, Xüsusi Təyinatlı Dəstənin komandiri, mayor Qaflanov Şixamir Oruc oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub".