Hacıqabulda ağır qəza: ölən var

2 Dekabr 2020 13:05 (UTC+04:00)

Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 1-də saat 6 radələrində Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Bəylərov idarə etdiyi “KİA” markalı avtomobili yol ayırıcısına vurmuş, nəticədə sərnişini olan həyat yoldaşı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.