Xatundan etiraf: "Ələkdən keçə bilməyənlər öz yalanlarında boğulmağı seçdilər"

2 Dekabr 2020 13:26 (UTC+04:00)

Bir neçə gün əvvəl ad günü olan müğənni Xatun Əliyeva etiraflar edib. SİA-nın məlumatına görə, ifaçı maraqlı məqamlara toxunub: "Nələrə rast gəldim bu yolda, kimləri gördüm. Səhv etdilər onları başa düşməyə çalışdım, dağıtdılar topladım. Bütün sevdiklərimə qucaq asdım, dosta, sirdaşa dar günündə yoldaş oldum.

Nə qaranlıqdakı yalnızlıqdan qorxdum, nə də parıldayan işıqlar gözümü qamaşdırdı. Böyük alqışlar almağıma baxmayaraq, şöhrət heç vaxt məni dəyişdirmədi.

Uşağın qarşısında əyildim, böyüyün əllərindən öpdüm, yaşıdıma bacı oldum. Hazırda dost bildiklərim yanımdadır... Ələkdən keçə bilməyənlər isə öz yalanlarında boğulmağı seçdilər. Xatun hər şeyi yaxşı görür, çox şeyi gözəl bilir, hamınızı əla tanıyır...

Bu yaşıma qədərki həyat mübarizəm, yaşadıqlarım, gördüyüm haqsızlıqlar və bütün çətinliklər tamaşaçı sevgisinə qurban olsun".