Şəhid Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş videoslayd hazırlanıb VİDEO

2 Dekabr 2020 12:40 (UTC+04:00)

Geyindiyi hərbi forma bu gün də hazır vəziyyətdə onu gözləyir. Amma Xudayar Yusifzadə daha o formanı geyinə bilməyəcək. Çünki o, 44 günlük Vətən müharibəsində adını şəhidlik zirvəsinə yazdıran qəhrəmanlardan biri oldu. Hamımız onu oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə tanıdıq. Gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapdı Xudayar Yusifzadə.

SİA-nın məlumatına görə, bu sözlər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş videoslaydda deyilir.

Videoslayd şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısı ilə başlayıb.

https://www.instagram.com/tv/CISS77WBTkI/?igshid=ozwpuirrcsmz