Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yeni slaydlar hazırlayıb

2 Dekabr 2020 12:10 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi pandemiya dövründə sosial şəbəkədə fəallıq göstərərək, onlayn olaraq öz xidmətini davam etdirib.

İdarədən SIA-ya bildirilib ki, kitabxana tərəfindən bir sıra canlı görüşlər, onlayn kitab təqdimatları və müsabiqələr keçirilib.

Metodika-biblioqrafiya şöbəsi tərəfindən bir sıra slaydlar nümayiş etdirilib.