“Nikolizm Ermənistanı xarabalığa çevirdi” Mikael Minasyan

2 Dekabr 2020 12:08 (UTC+04:00)

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan general-mayor Vitali Balasanyanın mesajına cavablandırıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə keçmiş səfir öz sosial şəbəkə hesabında paylaşım edib.

“Vitali Balasanyanın məktubunu oxudum. General, deyəsən fikrini bitirməyib. Son təklif çatışmır. Belə ki, Arayik və Nikolun xain olduqları bildirilmir. Siz vətən xaininin arxasına sığınan bir şəxsə əl uzatmaq istəyirsiz? Pedofil ilə bir uşaq bağçası açmaq istəyirsiz? Nikolizm Ermənistanı xarabalığa çevirdi. Nikolizmin mərkəzində yaddaşın olmaması dayanır. Ancaq bu dəfə xatirələri silmək mümkün olmayacaq. Nikolun və onun silahdaşlarının satıldığını açıqlayın, elan edin və ya tək qalın”, deyə Mikael Minasyan öz Facebook səhifəsində yazıb.