G20 sammiti gələn ilin iktyabr ayında Romada keçiriləcək

2 Dekabr 2020 07:53 (UTC+04:00)

G20 sammiti 2021-ci il 30-31 oktyabr tarixlərində Romada keçiriləcək.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Cuzeppe Konte "iyirmilikdə" sədrliyin 1 dekabr tarixində Romaya keçməsi ilə əlaqədar açıqlayıb.

"Liderlərin yekun zirvə toplantısı 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı olan əbədi şəhər Romada baş tutacaq" - Konte bu barədə "Twitter"ində məlumat verib.

Bildirilir ki, italyan sədrliyinin şüarı "İnsanlar, planet, firavanlıq" (italyan dilində hər üç söz bir hərflə başlayır) seçilib .

G20 sədrliyi İtaliyaya Səudiyyə Ərəbistanından ötürülüb. Daha əvvəl prosesin 2021-ci ildə Hindistanda, İtaliyada isə 2022-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin 2018-ci ildə Konte 2022-ci il Hindistanın müstəqilliyinin 75-ci ildönümünü qeyd etdiyi üçün Yeni Delinin tələbi ilə sədrliyi dəyişdirməyə razı olub.