“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Georgi Hacinin köməkçisi təyin olunub

2 Dekabr 2020 04:26 (UTC+04:00)

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.

SİA xəbər verir ki, rumın mütəxəssis bundan sonra ölkəsinin “Vitorul” komandasında çalışacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis Konstanta təmsilçisində baş məşqçi Georgi Hacinin köməkçisi təyin olunub. Onunla 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2010/11 mövsümündə "Xəzər Lənkəran"a başçılıq etmiş Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.