ABŞ konqresmenləri 908 milyard dollarlıq iqtisadiyyata dəstək layihəsi təqdim ediblər

2 Dekabr 2020 05:07 (UTC+04:00)

ABŞ Konqresindəki bir qrup respublikaçı və demokrat pandemiya ilə əlaqədar iqtisadiyyata 908 milyard dollarlıq əlavə dəstək layihəsini təqdim ediblər.

SİA-nın məlumatına görə, layihə işsizlik sığortasına 180, kiçik sahibkarlıq sahəsi yardımına isə 288 milyard dollar ayırır. Bununla birgə nəqliyyat, şəhərlər, məktəblər və poçt xidmətinə milyardlarla dollar dəstək veriləcək. COVID-19-a qarşı peyvəndlərin hazırlanması üçün 16 milyard dollar ayrılması planlaşdırılır.

"Bu, koronavirus pandemiyası zamanı yardım mexanizmidir. Siyasi tarazlığın vaxtı deyil ... Layihə ən çətin anlardan keçməyimizə kömək edəcək", - deyən senator Co Mançin Konqresin Milad tətillərinə iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbir paketi təmin etmədən ayrılmasının "bağışlanmaz" olacağını bildirib.