Goranboyda güclü yanğın baş verib.
SİA xəbər verir ki, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.
Taxta materialdan inşa edilmiş evdə baş vermiş yanğın qonşu evlər bitişik olduğundan tezliklə onlara da keçib. Dərhal hadisə yerinə FHN -ın Goranboy rayonun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunib. Yanan evin sahibi - qəsəbə sakini Altay Verdiyev yanaraq dünyasını dəyişib. Yanğının qaz sızmasından baş verdiyi bildirilib.
A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar araşdırmalar başlanılıb.