Paşinyanın istefasını tələb edən 35 etirazçı saxlanılaraq polis bölməsinə aparılıb

1 Dekabr 2020 23:47 (UTC+04:00)

Ermənistanın müxalifət qüvvələri Yerevanda baş naziri Nikol Paşinyanın istefasını tələb edərək növbəti etiraz aksiyasını keçiriblər.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, 35 etirazçı saxlanılaraq polis bölməsinə aparılıb.

Bildirilib ki, aksiya zamanı etirazçılar Yerevanın mərkəzi prospektlərindən birini bağlamağa çalışsalar da, polisin müdaxiləsi nəticəsində qarşısı alınıb. Kütlənin bir hissəsi hökumət binasına doğru yürüş ediblər.

Qeyd edək ki, Yerevanda müxalifətin etiraz mitinqləri davam edir. Nümayişçilər Paşinyanın Dağlıq Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən onun istefasını tələb edirlər.