Mövlud Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı olub

1 Dekabr 2020 22:07 (UTC+04:00)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

SİA xəbərverir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər telefon danışığında Dağlıq Qarabağla bağlı və son proseslər ətrafında fikir mübadiləsi aparıblar.