“Paşinyanın getməsi üçün yeni Paşinyana ehtiyac var” Vadim Dubnov

1 Dekabr 2020 17:15 (UTC+04:00)

"Ermənistandakı mövcud daxili siyasi böhranın həlli üçün baş nazir Nikol Paşinyanın istefası tələb olunur. Ancaq Paşinyanın getməsi üçün yeni Paşinyana ehtiyac var. Bu cür böhran vəziyyətlərinin həlli, bir qayda olaraq, məhz bu cür gözlənilməz siyasi fiqurların meydana çıxmasını tələb edir." SİA xəbər verir ki, bu sözləri Rusiyalı siyasi analitik Vadim Dubnov ArmInfo-ya bildirib.
"Eyni zamanda, bu günlərdə yeni Paşinyanı ermənilərin haradan alacağı məlum deyil. Bəlkə də hələlik bu istiqamətdə mümkün ssenarilər müzakirə olunur. Moskvanın bu məsələyə qoşulmasını istisna etmirəm. Hərçənd mən Moskvanın buna nəyə görə ehtiyacı ola biləcəyini başa düşmürəm. Bu baxımdan, erkən seçkilərdə gələcək baş nazirin adının hələ də Ermənistan vətəndaşları tərəfindən təyin olunacağına inanmağa meyilliyəm", deyə siyasi analitik bildirib.