Tomas Bax qarşıdakı seçkilərdə BOK-un prezidentliyinə yeganə namizəddir

1 Dekabr 2020 16:29 (UTC+04:00)

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax qarşıdakı seçkilərdə təşkilatın prezidentliyinə yeganə namizəddir.

SİA xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

T.Bax 1991-ci ildə 37 yaşında BOK-a üzv seçilib. 1996-2000-ci illərdə BOK İcraiyyə Komitəsinin üzvü olan T.Bax 2000-2004-cü illərdə BOK-un vitse-prezidenti vəzifəsinə təyin olunub. Almaniyalı mütəxəssis 2006-cı ildə yenidən vitse-prezident vəzifəsinə seçilib.

2013-cü il sentyabrın 10-da T.Bax BOK-a prezident seçkilərində qalib gəlib. Beləliklə, tarixdə ilk alman və komitəyə rəhbərlik edən ilk Olimpiya çempionu kimi tarixə düşüb.